Zeynəb Xanlarova AZAL prezidentini topa tutdu

27-02-2016, 22:30           
Zeynəb Xanlarova AZAL prezidentini topa tutdu
Xalq artisti prezidenti topa tutdu Milli Məclisin iclasında söz alan xalq artisti Zeynəb Xanlarova sensasion məzmunlu çıxış edib. Zeynəb Xanlarova xəbərdarlıq edib: “Mənim bağım Nardarandadır, ora gedirəm. Camaat çox narahatdır. Biz yenə camaatı qaldırmayaq. Binə yolu ilə gələndə görürəm ki, orda evlər tikilir. Mən dünyanı gəzirəm, Amerikanın Ağ Evini görürük, hasarı yox, zadı yox… Camaat ağlayır ki, hər şeyi bizim əlıimizdən alıblar. Bilmirəm kimindir, İsgəndərindir, Cahangirindir. Dənizi xalqın əlindən almaq olmaz. Dənizi bütün hasara alıblar. Allahın xalqa bəxş etdiyi dənizdir. Onu istəyirlər ki, xalq qalxsın ayağa, külünglərlə hasarları dağıtsınlar? Bilmirəm kimin villasıdır. Mən qorxuram ki, camaat ayağa qalxar. Nardaran camaatı sən öləsənə, mən öləsənə baxmır e… Mən istəmirəm ki, belə olsun. Əvvəldən deyirəm, sabah bir şey olsa… Qoy Nardaran camaatı da eşitsin. Mən sözümü dedim”. Z.Xanlarova AZAL prezidenti Cahangir Əsgərovu nəzərdə tutur. Apardığımız araşdırmaya görə, xalq artistinin dediyi ərazidə Cahangir Əsgərovun villası var.(unikal.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru