"Alfa Sığorta"nın rəhbərliyində ciddi dəyişiklik olub - Etibar Əliyevin oğluna vəzifə verildi

1-03-2016, 11:46           
"Alfa Sığorta"nın rəhbərliyində ciddi dəyişiklik olub - Etibar Əliyevin oğluna vəzifə verildi
"Alfa Sığorta" şirkətinin rəhbərliyində dəyişiklik baş verib.

"APA-Economics" xəbər verir ki, şirkətin Direktorlar Şurasının sədri Elşad Əliyev işdən çıxarılıb. Onu Kəramət Əliyev əvəzləyib.

Qeyd edək ki, Direktorlar Şurasının yeni sədri lisenziyası ləğv olunan "Texnikabank" ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyevin oğludur.

Direktorlar Şurasının üzvləri olan Ayaz Gərayzadə və Elşad Kərimov də də işdən çıxarılıb. Şuranın yeni üzvləri Nicat Axundov və Saleh İmaməliyevdir.

Şirkətin İdarə Heyətinin sədri Camal Əliyev vəzifəsini qoruyub. Onun müavini Zahir Salahov və İdarə Heyətinin üzvü Əli Qasımov isə tutduğu vəzifələrindən uzaqlaşdırılıblar.

Qeyd edək ki, "Alfa Sığorta" "Texnikabank"ın törəməsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru