Donbasda azərbaycanlı snayper ölüb

4-03-2016, 09:48           

Ukraynanın Donetsk və Luqansk ərazilərində Rusiyanın 2081 vətəndaşı ölüb və itkin düşüb. Bu, 2016-cı il martın 1-nə olan göstəricidir.

teref.az- nun virtualaz.org-a istinadən məlumatına görə, bu barədə hüquq müdafiəçisi və "Yük-200: Ukraynadan Rusiyaya" cəmiyyətinin təsisçisi Yelena Vasilyeva öz "Feysbuk" səhifəsində bildirib.

Vasilyeva həmçinin Ukraynanın şərqində həlak olan və itkin düşən rusiyalıların yenilənmiş siyahısını elan edib.

Hüquq müdafiəçisinin açıqladığı ölənlər siyahısında azərbaycanlının da adı var. Siyahıda 136-cı sırada yer alan azərbaycanlının adı Ramil Huseynlidir.

"Fidel" ləqəbli Ramil (21.05.1977 – 01.01.2015) Kazanda yaşayırmış və snayper olub. Hüquq müdafiəçilərinin məlumatına görə, onun cəsədi "Yük 200-lə" Azərbaycana göndərilib.

Qeyd edək ki, bu azərbaycanlıların yad müharibədə həlak olmasıyla bağlı ilk informasiya deyil. Və çətin ki, son olsun. Azərbaycanlıların Ukraynada vuruşduğu məlumdur. Həmyerlilərimiz orada həm hökumət qoşunlarının tərəfində, həm də rusiyameyilli separatçıların tərəfində vuruşurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru