Diaspor rəhbəri koronadan öldü - FOTO

16-08-2021, 20:04           
Diaspor rəhbəri koronadan öldü - FOTO
Rusiyanın Voronej vilayətindəki Azərbaycan diasporunun sədri Eldar Sadıxov koronavirusdan vəfat edib.

Voronejdəki Xəzər ictimai təşkilatının sədri Eldar Əliisa oğlu Sadıxov avqustun 16-da 61 yaşında COVID -19 virusuna yoluxması nəticəsində vəfat edib.

Onun nəşi Azərbaycana göndərilib.

Qeyd edək ki, Eldar Sadıxov uzun illər Voronejdəki Azərbaycan diasporuna rəhbərlik edib. Voronej vilayətinin ictimai həyatında fəal rol oynayan həmyerlimiz vilayətin regional milli palatasının üzvü olub. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru