Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu – RƏSMİ

18-08-2021, 00:04           
Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu – RƏSMİ
Avqustun 17-si saat 17:45-dən 20:33-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, iri çaplı pulemyot və atıcı silahlardan atəşə tutub.
Bu barədə Teref.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Cavab atəşilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.