Rusiyada “MiQ-29” qırıcısı qəzaya uğrayıb

19-08-2021, 09:24           
Rusiyada “MiQ-29” qırıcısı qəzaya uğrayıb
Rusiyanın Həştərxan vilayətində “MiQ-29” qırıcısı təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb.

Cebhe.info xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat verib.

Qeyd olunub ki, qırıcı Aşuluk poliqonunun ərazisinə düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib.

Hadisə nəticəsində pilot vəfat edib. Qəzanın səbəblərini müəyyən etmək üçün Aerokosmik Qüvvələrin Ali Komandanlığından komissiya hadisə yerinə göndərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.