Zəngəzurda döyüş postunda üç erməni hərbçisinin meyiti tapıldı 19-08-2021, 11:22 Ermənistanın cənub-şərqində (Zəngəzur) yerləşən hərbi hissələrdən birinin döyüş postunda güllə yarası almış üç erməni hərbçinin meyiti tapılıb.Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Qeyd olunur ki, 19 avqust 02:15 radələrində meyitləri tapılan hərbçilər Murad Muradyan (2002), Levon Arutyunyan (2002) və Qor Saakyan (2002) olub.Hadisə ilə bağlı araşdırma başladılıb. Facebook-da paylaş