Olimpiya çempionu qətlə görə saxlanıldı: - Qardaşı atışmada ölüb

19-08-2021, 20:15           
Olimpiya çempionu qətlə görə saxlanıldı: - Qardaşı atışmada ölüb
Cüdo üzrə Olimpiya çempionu, Gürcüstan parlamentinin keçmiş deputatı Zurab Zviadauri qəsdən adam öldürmək ittihamı ilə saxlanılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 40 yaşlı idmançı Tsinandali kəndi yaxınlığında atışmada iştirak edib.

Atışma nəticəsində cüdoçunun qardaşı Zviad Zviadauri də olmaqla 3 nəfər – Vasil Tsotsxalaşvili və Nika Kençoşvili həlak olublar.

Zurab Zviadauri ilə yanaşı qanunsuz silah gəzdirməyə görə Caba Canqiraşvili də saxlanılıb. Mübahisə zamanı onun tapançasından ilk atəş açılıb, ardınca dava iştirakçılarından Nika Kençoşvili cavab atəşi açıb.

Zurab Zviadaurinin qardaşını Kençoşvili güllələyib. İstintaq onu da müəyyənləşdirib ki, qarşıdurma zamanı Canqiraşviliyə məxsus tapançaadan atəşi Zurab özü açıb və Kençoşvilini ölümcül yaralayıb.

Zurab Zviadauri 2004-cü il Olimpiya çempionudur. Bundan əlavə, o, dünya çempionatında iki dəfə gümüş, Avropa çempionatında isə bürünc medal qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru