"Taliban" Bağlan əyalətinin Andarab bölgəsinə nəzarəti bərpa edib

22-08-2021, 02:12           
"Taliban" Bağlan əyalətinin Andarab bölgəsinə nəzarəti bərpa edib
Radikal “Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın şimalında Bağlan əyalətinin Andarab bölgəsinə nəzarəti geri qaytarıblar.

APA xəbər verir ki, bu barədə TASS-a müqavimət qüvvələrindəki mənbə bildirib.

Onun sözlərinə görə, təxminən 3 min “Taliban” döyüşçüsü ağır silahlı avtomobillərlə 47 min əhalisi olan bölgəni döyüşsüz ələ keçirib. Üsyançı qüvvələr ərazini tərk edib. Andarabdakı müqavimətə rəhbərlik edən mənbənin dediyinə görə, komandir öz tərəfdarlarını səfərbər olmağa və bazar günü bütün regiona nəzarətin bərpası üçün mümkün olan hər şeyi etməyə çağırıb.

Qeyd edək ki, Əfqanıstanın üsyançı qüvvələri avqustun 20-də ölkənin şimalında Bağlan əyalətinin üç rayonunu silahlılardan geri almışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.