İran polisi daha bir gənci başından güllələyərək qətlə yetirib - FOTO

22-08-2021, 11:18           
İran polisi daha bir gənci başından güllələyərək qətlə yetirib - FOTO
İran polisi Loristan vilayətinin Əliqudarz rayonu sakini Həyatullah Əbdini başından güllələyərək qətlə yetirib.

“Azad İran” Telegram kanalı xəbər verir ki, heyvandarlıqla məşğul olan gənc avtomobillə hərəkət edərkən polis ona “dayan” əmri verib.

Lakin Həyatullah Əbdi polisin əmrini eşitmir. Bundan sonra İran polisi gəncin maşınına tərəf, birbaşa onun baş nahiyəsini nişan alaraq atəş açıb. Nəticədə o, həyatını itirib.

Qeyd edək ki, İran polisinin ölkə vətəndaşlarını güllələyərək qətlə yetirməsinə dair video və görüntülər tez-tez yayılır.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru