Braziliya sakininə 10 həftə ərzində 5 doza vaksin vurulub 23-08-2021, 07:45 Braziliya sakini koronavirusa qarşı 5 doza vaksin vurdurub.TRT xəbər verir ki, hadisə Rio de Janeyroda yaşanıb.Adı açıqlanmayan ölkə vətəndaşına 12 may – 21 iyul aralığında 2 doza “Pfizer”, 2 doza “CoronaVac” və 1 doza “AstraZeneca” peyvəndi vurulub.Baş verənlər bugünlərdə həmin şəxsin 6-cı dəfə peyvənd olunmağa gəlməsilə üzə çıxıb.İnsidentin müvafiq qurumlar tərəfindən araşdırıldığı bildirilib. Facebook-da paylaş