Əfqanıstanda Ukrayna təyyarəsi qaçırıldı 24-08-2021, 10:59 Əfqanıstanda Ukrayna təyyarəsi naməlum qrup tərəfindən qaçırılıb.“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-dən bildirilib.Məlumata görə, Ukrayna vətəndaşlarının təxliyəsi üçün Əfqanıstanda olan təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb.“Təyyarə naməlum sərnişinlərlə İran istiqamətində uçub”, - məlumatda qeyd edilib.Keçən həftə baş vermiş hadisənin necə sonlanması barədə məlumat verilməyib. Facebook-da paylaş