Gəncədə ildırım qaz xəttində yanğına səbəb olub - FOTO
24-08-2021, 22:28
Gəncədə ildırım qaz xəttini vurub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb Sözügedən ünvandan keçən qaz xəttinə bitişik ağac yanıb, qaz xəttinə ziyan dəyib. Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.