Gültəkin Hacıbəyli 10 ildən sonra Azərbaycanı TƏRK ETDİ

30-08-2021, 12:09           
Gültəkin Hacıbəyli 10 ildən sonra Azərbaycanı TƏRK ETDİ
Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin ölkədən çıxışına icazə verilib.

Modern.az-ın məlumatına görə, bu barədə Gültəkin Hacıbəylinin özü bildirib.

Eks-deputatın sözlərinə görə, o, oğlu ilə birlikdə 10 il davam edən qadağalardan sonra nəhayət Azərbaycanın hüdudlarını tərk edə bilib.

G.Hacıbəyli Türkiyə Cümhuriyyətinin qeyd etdiyi 30 Avqust Zəfər Gününü hazırda oğlu ilə birgə İstanbulda qarşıladığını bildirib.

G.Hacıbəyli Azərbaycan Milli Məclisinin II (2000-2005) və III (2005-2010) çağırış deputatı olub.

O, hazırda müxalifət qüvvələrinin Milli Şurasında təmsil olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru