Parisdə avtomobillərə 30 km/saatlıq sürət limiti tətbiq olunub

31-08-2021, 07:58           
Parisdə avtomobillərə 30 km/saatlıq sürət limiti tətbiq olunub
Parisin əksər hissəsində avtomobillərin hərəkət sürəti 30km/saatla məhdudlaşdırılıb.

Müvafiq qayda bugündən etibarən qüvvəyə minib. Onun tətbiqində məqsəd ekoloji vəziyyətin yaxşılaşdırılması və piyadaların rahatlığının artırılmasıdır.

Sürət limitinin şəhərətrafı dairəvi yola, eləcə də başlıca magistrallara şamil edilmədiyi bildirilib. Bu yollarda sürət həddi 50-70 km olaraq qalır.

Qeyd edək ki, saat 7:00-dan 21:00-dək şəhərdə faktiki orta sürət 11.9 km/saat, magistrallarda isə 30.9 km/saat təşkil edir. Bu səbəbdən də bəzi sakinlər velosipedlərdən istifadəni tərcih edirlər.

Mənbə: “ABC News”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru