Ailə münaqişəsi: Ata uşağını elə döydü ki, çənəsi çıxdı - FOTO

4-09-2021, 12:14           
Ailə münaqişəsi:
“Həyatı təhlükədə olan ana və övladlarını sığınacağa qəbul etdik. Uşağın 8 yaşı olarkən atası əsəbləşərək onu döyüb və uşağın çənəsi yerindən çıxıb.

İndiyədək həkimə getməyə icazə verməyib. Hazırda isə 2 şəxsə xəsarət yetirdiyi üçün həbsdədir. Həbsdən bu yaxınlarda çıxacağı üçün ailə çox qorxur”.

Cebhe.info xəbər verir ki, bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, hazırda uşaq sığınacaqdadır:

“Həkimə göstərəcəyik, əməliyyat lazım olmadığını dəqiqləşdirəcəyik. Yoldaşı həbs olumuşdu. Qadın qorxudan sığınacağa ona görə qaçmışdı ki, çıxıb məni öldürəcək”.

Mehriban Zeynalova deyir ki, əri qadına onu hədələyəcək sözlər demişdi deyə, onun belə fobiyası var. Qadının hədsiz dərəcədə qorxusu var.

Birliyin sədri həmçinin həkimlərdən uşağın əməliyyatı ilə bağlı kömək istədiyini də bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru