ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin helikopteri qəzaya uğrayıb, ölənlər var

5-09-2021, 00:06           
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin helikopteri qəzaya uğrayıb, ölənlər var
ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin helikopteri Kaliforniya sahillərində qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Sakit okean donanması bildirib.

Qeyd edilir ki, qəza zamanı helikopterin beş üzvü həlak olub.

“ABŞ-ın Hərbi Dəniz Qüvvələri qəzaya uğramış MH-60S helikopterinin ekipajının beş üzvünün həlak olduğunu açıqlayır”, – Sakit okean donanmasının saytında dərc edilmiş bəyanatda deyilir.

Hərbi Dəniz Qüvvələrinin helikopteri çərşənbə günü Kaliforniya ştatının San-Dieqo sahillərində qəzaya uğrayıb. MH-60S helikopteri Abram Linkoln təyyarədaşıyan bortundan uçuş edib və sahildən 110 kilometr məsafədə suya düşüb.

Helikopterin xəsarət alan bir heyət üzvü xilas edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru