Hindistanda təhlükəli “Nipah” virusu yayılmağa başladı – Yarasalardan yoluxur

5-09-2021, 20:51           
Hindistanda təhlükəli “Nipah” virusu yayılmağa başladı – Yarasalardan yoluxur
Hindistanın Kerala əyalətində təhlükəli Nipah virusu yayılmağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə NDTV televiziyası məlumat yayıb. Xəstəlik nəticəsində 12 yaşlı bir oğlanın öldüyü, daha iki nəfərdə isə xəstəliyin simptomları aşkarlandığı bildirilib.
Hökumət təcili olaraq Milli Xəstəliklərə Nəzarət Mərkəzindən olan mütəxəssis qrupunu Keralaya göndərib. Mütəxəssislər, xəstələri izləmək və xəstələrlə təmasda olan hər kəsi təcili karantinə almağın vacib olduğunu söyləyib.i.
Qeyd edək ki, “Nipah” virusu ilk dəfə 1998 -ci ildə Malayziyada tapılıb. Virus peyvənd olunana qədər beynin iltihabına və ağır tənəffüs xəstəliklərinə səbəb olur və 70 faiz ölümlə nəticələnir. Yarasalar xəstəliyin əsas daşıyıcıları hesab olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.