Evə görə ögey anasını məhkəməyə verdi

6-09-2021, 12:12           
Evə görə ögey anasını məhkəməyə verdi
Türkiyənin məşhur müğənnisi Burcu Güneş ögey anası Nuray Güneşi məhkəməyə verib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb N. Güneşin sənətçinin atasından qalan evi qeyri-qanuni yolla öz adına keçirməsi olub.

Burcu qarşı tərəf barədə mülkiyyət sənədinin ləğvi ilə bağlı iddia qaldırıb.

Qeyd edək ki, ifaçının atası Ali Güneş 2002-ci ildə vəfat edib. Bundan sonra Nuray Güneş oğlu ilə sözügedən mənzildə qalıb, ikinci dəfə ailə qurduqdan sonra məhkəmə prosesindən yayınmaq üçün evi hazırkı həyat yoldaşının adına keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru