Əfqanıstanda taliblər hamilə qadın polisi ərinin və uşaqlarının gözü qarşısında güllələyib - FOTO
7-09-2021, 07:03
Əfqanıstanın Qur vilayətinin paytaxtı Çağçaranda “Taliban” silahlıları Banu Nigar adlı qadın polis əməkdaşını ərinin və uşaqlarının gözü qarşısında güllələyib.
Qadının səkkiz aylıq hamilə olduğu və yerli həbsxanada işlədiyi bildirilir. Şahidlərin sözlərinə görə, bir neçə silahlı adam onun evinə girərək qadının qohumlarının əl-qolunu bağlayıblar və evdə axtarış aparıblar.
Hamilə qadını döydükdən və hamının gözü qarşısında güllələdikdən sonra taliblər evdən çıxıblar.
Qadının əri qan izləri və qadının döyülmüş bədəninin əks olunduğu fotoları jurnalistlərə təqdim edib.
"Taliban" qruplaşmasının sözçüsü Zabiullah Mücahid hökumətin hadisədən xəbərdar olduğunu və araşdırma apardıqlarını deyib. Mənbə: BBC