Keçmiş hərbi hissə komandiri, keçmiş Milli Qəhrəman bıçaqlandı – Goranboyda qanlı hadisə

9-09-2021, 00:04           
Keçmiş hərbi hissə komandiri, keçmiş Milli Qəhrəman bıçaqlandı –
Keçmiş hərbi hissə komandiri Rasim Əkbərov bıçaqlanıb.

Missiya.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib.

Rasim Əkbərovun Goranboy rayonu ərazisində bıçaqlandığı bildirilir. Xalid adlı şəxs ona ürək nahiyəsindən zərbələr endirib. Sabiq hərbçi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

R.Əkbərovun hansı səbəbdən bıçaqlandığı məlum deyil. Yaxın saatlarda hadisənin geniş təfərrüatı barədə məlumat verəcəyik.

Qeyd edək ki, Rasim Əkbərov Goranboyun keçmiş icra başçısı Ağa Əkbərov oğludur.
Qeyd: Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdikləri şəxsi igidlik və şücaətə görə Rasim Əkbərova Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 1994-cü il tarixli 83 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğlu "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə Rasim Ağa oğlu Əkbərov "Azərbaycanın Milli Qəhrəmanı" adından və "Azərbaycan Bayrağı" ordenindən məhrum edilmişdir.

Rasim Əkbərov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülsə də, həbs ediləndə bu fəxri adı ləğv olunub. O, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası alıb
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.