Rəfiqəsini qorxutmaq istəyərkən həyatını itirdi

10-09-2021, 07:30           
Rəfiqəsini qorxutmaq istəyərkən həyatını itirdi
Rusiyanın Krasnoyarsk şəhərində yeniyetmənin öz ölümünü səhnələşdirmək istəyi faciə ilə nəticələnib.

Belə ki, 13 yaşlı məktəbli rəfiqəsini qorxutmaq üçün ölüm səhnəsi yaratmaq istəyib. O, yoldaşı ilə Sverdlovsk rayonunda meşəyə gedib.

Burada oğlan qızın “ölü vəziyyətdə” şəklini çəkməli idi. Amma onun həqiqi ölümünün şahidi olur və heç bir kömək edə bilmir.

Hadisə araşdırılır. İlkin məlumata görə, qızların arasında münaqişə olub.

Ölən qızın varlı ailədən olduğu, yaxşı şəraitdə yaşadığı, intihara meylli olmadığı, eləcə də psixoloji problemlərinin olmadığı iddia edilir.

Yeniyetmənin ölümünün hansı formada baş verdiyi açıqlanmır. Hüquq-mühafizə orqanları hadisəyə rəsmi şərh verməyiblər.

Mənbə: NGS24












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru