Azərbaycanda intim görüntüləri yayan şəbəkə tutuldu - AÇIQLAMA

10-09-2021, 10:15           
Azərbaycanda intim görüntüləri yayan şəbəkə tutuldu - AÇIQLAMA
Bir müddət əvvəl intim görüntüləri yayılan Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında iki jurnalist həbs edilib.

Bizim.Media xəbər verir ki, məlumata görə jurnalistlər Pərvin Abışova və Mahir Xəttab Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar.

Daha sonra Pərvin Abışova buraxılsa da, hazırda M.Xəttab hələ də idarədə saxlanılır.



Saxlanılan şəxsin vəkili Mehman Muradlı Bizim.Media-ya açıqlamasında bildirib ki, hələ ki, müvəkkili ilə görüşə bilməyib.

“Bu gün saat 14.00-da Mahirlə görüşəcəyəm. İttihama gəlincə, guya o, hədə-qorxu gəlməklə bir çox adamları şantaj edib. Bu ittihamla saxlanılıb. Görüşdən sonra laızm olan məlumatları verəcəm”.

Qeyd edək ki, 2 gün əvvəl Ramiz Göyüşovun intim videosu yayılıb. Görüntülər cəmiyyət arasında böyük müzakirələrə səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.