Taliban Pəncşirdə etnik təmizləməyə başlayıb

10-09-2021, 11:28           
Taliban Pəncşirdə etnik təmizləməyə başlayıb
Taliban Əfqanıstanın Pəncşir əyalətində etnik təmizləməyə başlayıb. Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Müqavimət Cəbhəsinin sözçüsü Əli Nəzəri məlumat yayıb. O bununla bağlı "Twitter"də yazıb:

"Taliban qruplaşması Pəncşir əyalətindən minlərlə insanı qovub. Dünya hələ də bu vəziyyəti izləyir və görməzdən gəlir".

Müqavimət nümayəndəsi beynəlxalq birliyi proseslərə müdaxilə etməyə çağırıb.

Qeyd edək ki, Taliban Əfqanıstanda hərbçi çevrilişə nail olandan sonra ən son Pəncşirə daxil ola bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru