Neftçala keçmiş bələdiyyə sədri döyüldü - Polis məsələni ört basdır edir HADİSƏ

9-03-2016, 21:41           
Neftçala  keçmiş bələdiyyə sədri döyüldü - Polis məsələni ört basdır edir HADİSƏ
Neftçala rayonunda keçmiş bələdiyyə sədri döyülüb.

teref.az xəbər verir ki, bu barədə nuh.az saytı məlumat yayıb.

Məlumata görə, şəhər icra nümayəndəsinin rəhbərinin həyat yoldaşı Əbdüləzim adlı şəxs keçmiş bələdiyyə sədri Ağayar Dadaşovu döyüb. Sayt yazır ki, şəhər icra nümayəndəsi olan xanımın həyat yoldaşı Əbdüləzim sahibkardır və rayonun mərkəzində məşhur "Çay evi"ni işlədir. Onun keçmiş bələdiyyə sədrinin döyməsinin səbəbi isə açıqlanmır.

Sayt yazır ki, cinayəti törədən şəxs həyat yoldaşının vəzifədə çalışmasından sui-istifadə edərək bu addımı atıb. Rayon hüquq mühafizə orqanları isə bu kriminal olayı ört-basdır ediblər və saytın olayla bağlı sorğusuna cavab verilməyib.

Məlumatda deyilir ki, rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin də olaydan xəbəri var. Məhz bu səbəbdən də olay gizlədilib.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru