Rusiyada növbəti məktəbə silahlı hücumun qarşısı alınıb, saxlanılan var

24-09-2021, 08:10           
Rusiyada növbəti məktəbə silahlı hücumun qarşısı alınıb, saxlanılan var
Rusiyanın Krasnoyarsk diyarında məktəbə hücum hazırlayan gənc saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin TASS-a bildirib.

"Krasnoyarsk diyarında məktəbə hücumun qarşısı alınıb və oxşar hadisəni törətmək niyyətində olan gənc saxlanılıb", - o deyib. İstintaq Komitəsinin sədri təfərrüatları açıqlamayıb.

O bildirib ki, son illər ərzində müxtəlif regionlarda təhsil müəssisələrinə 10-a yaxın hücum olub.

Xatırladaq ki, sentyabrın 20-də Perm Dövlət Universitetinin birinci kurs tələbəsi ali məktəbin korpuslarından birinin ərazisində həmkarlarına atəş açıb. Nəticədə 6 nəfər həlak olub, təxminən 40 nəfər xəsarət alıb. Faktla bağlı iki və daha çox şəxsin qətli ilə bağlı cinayət işi qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru