Məmmədəli Qıpçaq VƏFAT ETDİ - İTKİ

15-10-2021, 17:48           
 Məmmədəli Qıpçaq VƏFAT ETDİ - İTKİ
Bakı Dövlət Universitetinin (BDU) müəllimi, filologiya elmləri doktoru, professor Məmmədəli Novruzov vəfat edib.

Bu barədə "Report"a mərhum professorun qızı məlumat verib.

Onun sözlərinə görə, atası M.Novruzov 65 yaşında uzun sürən şəkər xəstəliyindən dünyasını dəyişib.

M.Novruzov BDU-nun Türkologiya kafedrasında çalışırdı.

Qeyd edək ki, M.Novruzov 1956-cı il martın 28-də Naxçıvanın Babək rayonunun Cəhri kəndində doğulub. 1973-1978-ci ıllərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil alıb.

1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləyib, 2006-cı ildən isə universitetin professoru idi.

Xatırladaq ki, M.Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.