Rusiyada 17 nəfərin ölümünə səbəb olan dəhşətli partlayış baş verib - VİDEO
23-10-2021, 17:09
Rusiyanın Ryazan vilayətində fəaliyyət göstərən zavodun barıt istehsalı sexində baş verən partlayışın görüntüləri yayılıb.
Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Şilovski rayonunun Lesnoy qəsəbəsindəki “Elastik” zavodunda oktyabrın 22-də səhər saatlarında başlayan yanğın barıt sexində partlayışla nəticələnib. 17 nəfər hadisənin qurbanı olub.