Mərmərə dənizində iki yük gəmisi toqquşub.

24-10-2021, 15:08           
Mərmərə dənizində iki yük gəmisi toqquşub.
Mərmərə dənizində iki yük gəmisi toqquşub.
Yeniavaz.com “Trthaber”ə istinadən xəbər verir ki, hadisə Çanaqqalanın Gelibolu bölgəsi ilə Tekirdağın Şarköy bölgəsi arasındakı Doğanarslan bölgəsində baş verib.
Ukraynadan Çinə dəmir filizi daşıyan 299 metr uzunluğundakı “Benitamou” gəmisi ilə Bolqarıstandan Misirə buğda daşıyan 172 metr uzunluğundakı “BC Vanessa” gəmisi səhər saatlarında toqquşub.
Bildirilir ki, qəzaya səbəb güclü duman olması olub. Toqquşma nəticəsində “Benitamou” gəmisi zədələnib və içinə su dolub.
Hadisə yerinə xilasetmə gəmiləri göndərilib.
Qəza ilə bağlı araşdırmalar davam edir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru