Rusiyada tramvayın sürücüsü sükan arxasında infarkt keçirdi: Xəsarət alanlar var - VİDEO

29-10-2021, 08:54           
Rusiyada tramvayın sürücüsü sükan arxasında infarkt keçirdi: Xəsarət alanlar var - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində iki tramvayın toqquşması nəticəsində 12 sərnişin xəsarət alıb.

Hadisə yerində nəqliyyat xidmətinin əməkdaşları, polis əməkdaşları və həkimlər cəlb olunub.

İlkin məlumata əsasən qəzaya səbəb sürücülərdən birinin infarkt keçirməsi olub.

Zərərçəkənlərdən bəziləri xəstəxanaya yerləşdirilib. Onların ciddi xəsarət almadığı bildirilir.

Mənbə: “Mash” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru