İnformasiya agentliyinin təsisçisi güllələnərək öldürüldü

29-10-2021, 12:28           
İnformasiya agentliyinin təsisçisi güllələnərək öldürüldü
Meksikada tanınmış jurnalist Fredi Lopes Arevalo evinə qayıdarkən ölkənin cənubunda yerləşən San-Kristobal-de-las-Kasas bələdiyyəsində namələum şəxs tərəfindən güllələnərək öldürülüb.

Pravda.az xəbər verir ki, bu barədə yerli “Heraldo de Chiapas” nəşri məlumat yayıb.

Bildirilib ki, 62 yaşlı Fredi Lopes Arevalo müxtəlif xarici informasiya agentliklərinin müxbiri işləyib, yerli “Novedades de Mexico”, “Prensa Libre de Guatemala” və “Notimex” nəşrlərində baş redaktor işləyib.

Fredi Lopes Arevalo “Maya Press” adlı regional informasiya agentliyini təsis edib. Agentlik Çyapas ştatında baş verən hadisələrlə bağlı oxucuları ispan, ingilis və fransız dillərində məlumatlandırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru