Azərbaycanda bu bankın ləğv prosesi tamamlana bilər - 20 İLDƏN SONRA

29-10-2021, 13:06           
Azərbaycanda bu bankın ləğv prosesi tamamlana bilər - 20 İLDƏN SONRA
Bu ilin sonunadək 2001-ci ildən ləğv prosesində olan "Borçalı Bank"ın ləğv prosesinin tamamlanması gözlənilir.

Qafqaz.media xəbər verir ki, bunu "APA-Economics"ə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müşaviri Aqşin Cahangirov deyib.

Onun sözlərinə görə, gələn il isə daha iki bankın (adları açıqlanmır – red.) ləğv prosesinin tamamlanması nəzərdə tutulur.

"Hazırda Azərbaycanda 21 bank ləğv edilməkdədir. Onlardan ən birinci ləğv olunan bank 2001-ci ildə ləğv olunsa da, hələ də proses bitməyib. Biz istəyirik ki, bu il həmin o bankın ləğv edilməsini tamamlayaq. Növbəti ildə əlavə iki bankın ləğv edilməsini başa çatdırılmasını planlaşdırırıq", - deyə A. Cahangirov qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.