Ukrayna ordusu Staromaryevka kəndinə nəzarəti tam ələ keçirdi - VİDEO
31-10-2021, 00:08
Ukrayna qoşunları Staromaryevkanı “DNR”-dən geri alaraq tam nəzarəti ələ keçirib.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Ukrayna hərbçiləri Staromaryevka kəndini separatçılardan tamamilə azad edib.
Həmçinin bildirilir ki, Ukrayna Silahlı Qüvvələri nəzarət-buraxılış məntəqəsi yaradıb, kəndin perimetri boyunca mövqelər qurub və Ukrayna bayrağını qaldırıb.