Ölüm hökmü almaq istəyən şəxs qatarda 17 nəfəri bıçaqladı - VİDEO

1-11-2021, 07:24           
Ölüm hökmü almaq istəyən şəxs qatarda 17 nəfəri bıçaqladı - VİDEO
Yaponiyanın Tokio prefekturasının Tyofu şəhərində, “Keio” dəmiryol şirkətinin xəttinin qatarında sərnişinlərə bıçaqla hücum nəticəsində azı 17 nəfər yaralanıb.

Hücum qatar stansiyalar arasında olarkən baş verib.

Qatil stansiyada yanğın da törətməyə cəhd edib.

Polis cinayətkarı həbs edib. O hadisəni törətməsini məhkəmədə ölüm hökmü almaq üçün azı iki nəfəri öldürmək istəyi ilə izah edib.

Yaralılardan bəzisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, hücumun baş verdiyi xətt üzrə hərəkət tamamilə dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru