Türkiyədə rus turistləri daşıyan avtobus aşıb: Yaralılar var
1-11-2021, 07:41
Antalyada rus turistləri daşıyan avtobus qəza törədib. Şəhərdəki Rusiya Baş konsulluğundan yayılan məlumata görə, sürücü idarəetməni itirərək qarşı yola çıxıb.
Avtobusun aşması nəticəsində 12 sərnişindən 9-u yaralanıb. Onların xəstəxanaya çatdırıldığı bildirilib.