Oteldə 40 rusiyalı turist zəhərlənib

1-11-2021, 12:20           
Oteldə 40 rusiyalı turist zəhərlənib
Misirin Hurqada kurortunda yerləşən "AMC Royal" otelində 40 nəfər rusiyalı turist zəhərlənib.

Bizimyol.info xəbər verir ki, bu barədə TASS-a ölkənin Turizm Palataları Federasiyasından məlumat verilib.

Verilən məlumata görə, zərərlənənlərdən dördü artıq xəstəxanadan buraxılıb. Qalan xəstələrin vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur. Həkimlər onların noyabrın 1-də buraxıla biləcəklərini bildiriblər.

Otel qeyri-müəyyən müddətə bağlanıb və bütün turistlər başqa otellərə yerləşdirilib.

“Prokurorluq “At-Tayarin” oteli kimi tanınan “AMC Royal” ilə bağlı araşdırmaya başlayıb. Qida, içki və göstərilən xidmətlərlə bağlı sanitar təhlükəsizlik tələblərinə əməl edilməməsinə görə, oteli nəinki böyük maliyyə cərimələri, həm də lisenziyasının ləğvi ilə tamamilə bağlanması gözləyir”, - deyə Turizm Palataları Federasiyası bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru