İnsanda olan bu element kosmosun dərinliklərində taplıldı

6-11-2021, 09:54           
İnsanda olan bu element kosmosun dərinliklərində taplıldı
Sümüklərdə və dişlərdə olan flüor elementi Yerdən uzaqda da tapılıb.

KONKRET.az xəbər verir ki, flüor 12 milyard işıq ili uzaqlıqdakı qalaktikada aşkar edilib.

Tədqiqatçıların sözlərinə görə, flüor qaz buludlarında hidrogen flüorid şəklində olur. Flüorun mənbəyinin “Volf-Rayet” ulduz sinfinə aid olduğu bildirilib.

Sözügedən “Volf-Rayet” ulduzunun çox qısa ömür sürdüyü təxmin edilir. Flüor əvvəllər Saman yolu qalaktikasında və ətraf qalaktikalarda aşkar edilib. Ancaq 12 milyard işıq ili uzaqlığındakı qalaktikada flüorun tapılması bu elementin ilkin kainatda mövcud olması deməkdir.

Qeyd edək ki, alimlərin hesablamalarına görə, kainatın 13,5 milyard, Yerin isə 4,8 milyard yaşı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru