Azərbaycanda partiya sədri və baş redaktor SAXLANILDI

6-11-2021, 20:36           
Azərbaycanda partiya sədri və baş redaktor SAXLANILDI
Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev saxlanılması barədə məlumat yayılıb.

Teref.Az xəbər verir ki, bu barədə məlumatı "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı Feysbuk səhifəsində paylaşıb.

Əvvəl Zeynallı bu məlumatı Əli Əliyevin yaxınlarına istinadən paylaşdığını qeyd edib.

Baş redaktor həmçinin "Bumeranq" TV-nin baş redaktoru Elçin Rəhimzadənin də saxlanıldığını qeyd edib.

Musavat.com-a bildirilib ki, hazırda VİP sədri və "Bumeranq" TV -nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda sərbəst buraxılacaqlar.

Qeyd olunub ki, irəliləyən saatlarda VİP sədri Əli Əliyev və Elçin Rəhimzadə özləri məlumat yayacaqlar. Adları çəkilən şəxslərin sadəcə, ifadə üçün dəvət edildiyi vurğulanıb./redaktor.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.