İnsanlar ətrafa dağılan yanacağı daşımaq istəyərkən dəhşətli partlayış: 108 nəfər öldü

7-11-2021, 07:55           
İnsanlar ətrafa dağılan yanacağı daşımaq istəyərkən dəhşətli partlayış:
Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı 108-ə çatıb, daha 92 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, partlayış noyabrın 5-i axşam saatlarında yanacaq daşıyan tankerin qranit plitələri daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı tankerdə yanacaq çəni dolu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru