Qadınların saçının uzunluğu 2 METRƏ çatır

9-11-2021, 09:47           
Qadınların saçının uzunluğu 2 METRƏ çatır
Dünyanın bir çox yerində etnik qruplar mövcuddur.

“Qafqazinfo” xəbər verir ki, bunlardan biri də üç milyon əhalisi olan Şimali Çin dağlarında yaşayan Qızıl Yao qrupudur.

Qızıl Yao həyat tərzləri və mədəniyyəti ilə Çində olan digər etnik qruplardan çox fərqlənirlər.

Qızıl Yaonun yaşadığı kənd 2002-ci ilə qədər sivilizasiyadan uzaq olub. Çin hökuməti düyü tarlaları arasında yerləşən bu kəndi turizm islahatı proqramı ilə tanıdaraq, turistlərin buraya rahat gəlib-getməsini təmin edib.

Çinin Huanqluo kəndində yaşayan qadınlar saçlarının çox uzun olması ilə diqqət çəkirlər. Belə ki, burada qadınların saçının uzunluğu 1,7 metr civarındadır. Buna görə də qadınların saçlarını yuması bəzən bir neçə saat vaxt alır.

Bu qrupun üzvləri eyni zamanda uzunömürlü olması ilə diqqət çəkir. Bu da onların sağlam qidalanması ilə bağlıdır.

Yaonun kişiləri və qadınları əksər hallarda bir-biriləri ilə evlənərlər. Kişilər əksər hallarda arvadının ailəsi ilə birgə yaşayırlar.

Evli qadınlarla subay qadınlar arasında saç fərqi də var.

Məsələn, subay qadınlar saçlarını yaylıqla bağladığı halda, evli qadınlar tellərini düymə ilə sarırlar.

1980-ci ilə qədər bir kişi evli olmayan gənc qızın saçını qısa görərdisə, o qız 3 il müddətində ona xidmət etmək məcburiyyətində qalırdı.

Amma artıq bu ənənə qüvvədə deyil. Qadınlar uzun saçların onlara bolluq, bərəkət gətirdiyinə inanırlar. Onlar həyatlarında sadəcə, bir dəfə saçlarını kəsdirirlər. O da 16 yaşında ər axtarmağa başlayanda...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru