Zəfər günündə Şuşa ətrafında ATƏŞ SƏSLƏRİ... - TƏFƏRRÜAT

9-11-2021, 10:24           
Zəfər günündə Şuşa ətrafında ATƏŞ SƏSLƏRİ... - TƏFƏRRÜAT
Dünən səhər saatlarında Şuşa yaxınlığında atışma olub. JAMAZ.İNFO Rusiya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb, 1 nəfər ölüb.

Məlumatda deyilir ki, ölən və yaralananların hamısı mülki şəxslər olublar. Xankəndideəki separatçılar bildiriblər ki, onlar Şuşa şəhəri yaxınlığındakı yol ayrıcında su xəttinin təmiri ilə məşğul imişlər. Erməni tərəfi hadisənin Azərbaycan hərbçiləri tərəfindəın törədildiyini iddia ediblər.

Atışmada yaralanan şəxslərin 3-ü Xankəndidəki xəstəxanaya çatdırılsa da, digər biri isə yolda ölüb.

Qeyd edək ki, Azərbaycan tərəfi hadisə ilə bağlı hər hansı bir açıqlama verməyib. Bu əsnada, onların təxribatçı olub, olmadıqları da məlum deyil.

Bildirək ki, ermənilərin belə təxribatları çox olub. Onlar öz aralarında olan münaqişənin qurbanlarını da Azərbaycan Ordusunun ayağına yazırlar. Görünür bu dəfə də eyni təxribata əl atmağa başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru