Peyvənd və maska əleyhinə olan məşhur həkim koronavirusdan öldü

10-11-2021, 07:17           
Peyvənd və maska əleyhinə olan məşhur həkim koronavirusdan öldü
Rusiyada məşhur həkim Yuri Popov koronavirusdan dünyasını dəyişib.
Bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Çelyabinskdə öz klinikasını yaradan və peyvəndin əleyhinə olan həkim Yuri Popov koronavirus infeksiyasına yoluxduqdan sonra vəfat edib. Maraqlıdır ki, o oktyabrın 26-da dünyasını dəyişsə də bu barədə məlumat indi yayılıb.
– İndi bir çox insanlar bunun necə baş verdiyini, niyə özünü xilas edə bilmədiyini soruşur? Yuri Popov əsl homeopat və tədqiqatçı idi. O, bu naməlum xəstəliyə qalib gəlmək istəyirdi, lakin özünü müalicə etmək həmişə daha çətindir, – Popovun ölüm xəbərini yayan həmkarı Natalya Şekoldina sosial şəbəkələrdə yazıb.
Qeyd edək ki, Yuri Popovun 59 yaşı var idi. O, koronavirusa yoluxmuş insanları homeopatik dərmanlarla müalicə edirdi. Homeopatik Klinikanın baş həkimi koronavirus əleyhinə olan peyvəndlərə və maskaların məcburi taxılmasına qarşı çıxırdı.(azvision.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru