Sülhməramlıların özbaşınalığı - Rusiya Xocalıda pravoslav kilsəsi də açdı… - VİDEO

11-11-2021, 09:58           
Sülhməramlıların özbaşınalığı - Rusiya Xocalıda pravoslav kilsəsi də açdı… - VİDEO
Dünən - noyabrın 10-da Azərbaycan Respublikasının Xocalı rayonu ərazisindəki hava limanı yaxınlığında 1 il öncə torpaqlarımıza yeridilmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi birləşməsinə məxsus hərbi şəhərciyin ərazisində ilk pravoslav kilsəsi də açılıb.

Moderator.az xəbər verir ki, "TASS"ın yaydığı məllumata görə, açılış mərasimində Rusiyanın Cənub Hərbi Dairəsinin komandanının müavini, Qarabağdakı sülhməramlı sayılan kontingentin ilk komandanı, general-leytenant Rüstəm Muradov və Rusiyanın Qarabağdakı sülhməramlı sayılan kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak ediblər.

“Təəssüf ki, Qarabağda heç bir rus kilsəsi salamat qalmayıb. Sovet hakimiyyəti illərində hamısı bolşeviklər tərəfindən dağıdılıb və buna görə də İsanın mövludu şərəfinə ucaldılan Rus Pravoslav Kilsəsi dini, tarixi əhəmiyyət kəsb edir", - “Xankəndi rus icmasının sədri” Aleksandr Bodrov belə deyib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru