Brüssel polisi axtarışlar zamanı daha bir partlayıcı qurğu aşkarlayıb

23-03-2016, 10:06           

Brüssel polisi Skarbek kommunasında axtarışlar zamanı partlayıcı qurğu, kimyəvi maddələr və İŞİD terror qruplaşmasına məxsus bayraq aşkarlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Federal Prokurorluğun məlumatında bildirilir.

Qeyd edək ki, Brüssel aeroportu və metropolitenində törədilən silsilə terror aktları nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. İŞİD terror qruplaşması terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru