Sürücü qrafik üstündə həmkarını öldürdü - Foto

23-03-2016, 22:05           
Sürücü qrafik üstündə həmkarını öldürdü - Foto
Bakıda avtobus sürücüsü iş yoldaşını qətlə yetirib.

Musavat.com-un məlumatına görə, hadisə Nərimanov rayonun İsmayil Hidayətzadə küçəsindəki 3 saylı binanın qarşısında baş verib.

4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı Məmməd Məmmədov, eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini bıçaqlayıb.

İlkin ehtimala görə, sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafukində bir neçə dəqiqəlik pozuntu səbəb olub. Mübahisə zamanı ürək nahiyəsindən bir bıçaq zərbəsi alan Zülfüqar Əzizli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qətli törədən Məmməd Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi aparılan istintaq tədbirlərindən sonra məlum olacaq.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.