Avstraliyalı qadın... nəvəsini dünyaya gətirib

14-12-2021, 09:37           
Avstraliyalı qadın... nəvəsini dünyaya gətirib
46 yaşlı Avstraliyalı qadın Tereza Xoxenxausun 5-ci hamiləliyi çox qeyri-adi olub.

Terezanın qızı Elis uşaqlıqda leykemiyadan əziyyət çəkirdi. Şüa terapiyası lazım olan müalicəvi effekti verib, lakin həkimlər xəbərdarlıq ediblər ki, Elis gələcəkdə heç bir zaman ana ola bilməyəcək. Həkimlərin proqnozları düz çıxdı. Ailə qurduqdan sonra qadın 1 dəfə hamilə qalsa da hamiləliyin 15 həftəliyində uşağını itirib və daha sonra hamilə qala bilməyib.

Təreza qızına kömək etmək məqsədi ilə surroqat ana funksiyasını yerinə yetirib. Süni mayalanmadan sonra embrion Terezanın uşaqlığına yerləşdirilib və 9 aydan sonra hamiləlik sağlam oğlanın doğulması ilə nəticələnib. Uşağın bioloji valideynləri Elis və onun həyat yoldaşıdır.

Daily Mail Australia xəbər verir ki, bu ilk belə hadisə deyil. 5 il bundan əvvəl 61 yaşlı amerikalı qadın Kristina Keysi qızı üçün surroqat ana olub. Kristinanın qızı 35 yaşlı Sara sağlamlığında olan problemlərə görə dünyaya uşaq gətirə bilmirdi. Ana qızının köməyinə gəlib və öz nəvəsini dünyaya gətirib.mili.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru