Xanım müstəntiq yol qəzasında öldü - Neftçalada

26-03-2016, 00:34           
Xanım müstəntiq yol qəzasında öldü - Neftçalada
Neftçalada 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Salyan-Neftçala avtomobil yolunun Xıllı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Neftçala rayon polis şöbəsinin müstəntiqi Məlahət Mehdiyeva idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən “Kamaz” markalı avtomobillə toqquşub. Avtomobil alovlanmağa başlayıb. Hadisə yerinə FHN-nin Neftçala yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və təcili yardım maşını cəlb edilib.

Qəza nəticəsində “Mersedes”sin sürücüsü sıxılmış vəziyyətdə qaldığından sükan arxasında dünyasını dəyişib. Yolun kənarına aşan “Kamaz”ın sürücüsü və salondakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.



Hazırda meyitin avtomobildən çıxarılması istiqamətində tədbirlər həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru