Melaniya Tramp gözlərini satışa çıxarır - FOTO

18-12-2021, 07:57           
Melaniya Tramp gözlərini satışa çıxarır - FOTO
ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Ağ Evi tərk etdikdən sonra ilk təşəbbüsünü açıqlayıb.

Keçmiş birinci xanım məşhur tünd mavi gözlərini NFT formatına çevirərək satışa çıxarmağa hazırlaşır.

“Melaniyanın baxışı” adlanan təsvir fransız moda rəssamı Mark Entoni Kulon tərəfindən sulu boya ilə işlənib. Görüntünü xanım Trampın səs yazısı müşayiət edir.

Satışın bu ilin sonunadək həyata keçirilməsi planaşdırılır. Əldə olunacaq gəlirin bir hissəsi himayədar ailələrdə böyüyən uşaqlara yardım məqsədilə istifadə olunacaq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.