Londonda yaşayış evində yanğın: Dörd uşaq həlak oldu

18-12-2021, 09:24           
Londonda yaşayış evində yanğın:
Böyük Britaniyanın London şəhərində (Satton səmtində) yaşayış binasında baş verən yanğın nəticəsində dörd uşaq ölüb.

Yanğınsöndürənlər evə daxil olub və 4 uşağı binadan çıxarıblar. Lakin xəstəxanaya aparılsalar da, həkimlərin bütün səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, hadisə yerinə 8 xüsusi texnika və 60-a yaxın yanğınsöndürən cəlb olunub.

Yanğın lokallaşdırılıb, hadisənin səbəbləri araşdırılır.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru