Əlif Hacıyevin polis rəisi olmuş qardaşı həbs edildi - Şərikinin maşınını atəşə tutub

18-12-2021, 11:31           
Əlif Hacıyevin polis rəisi olmuş qardaşı həbs edildi - Şərikinin maşınını atəşə tutub
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin qardaşı həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olan Rza Hacıyev dünən gecə saat 12 radələrində paytaxtda cinayət törədib.

Rza Hacıyev bir zamanlar rəhbərlik etdiyi Sabunçu rayonunun Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan şəxsin “Lexus” markalı maşınına avtomatdan 18 dəfə atəş açıb.

Artıq Rza Hacıyev saxlanılıb və onun üzərindən cinayəti törətdiyi “AKM” markalı avtomat götürülüb. İstintaq davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru